AZ | EN


Dinləyicilər Dövlət Dəniz və Liman Agentliyinə tanışlıq səfəri ediblər

Image

Milli Müdafiə Universiteti tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunun "Strateji araşdırmalar və dövlət müdafiəsi idarəetmə akademik kursu"nun dinləyiciləri tədris proqramına uyğun olaraq Dövlət Dəniz və Liman Agentliyinə tanışlıq səfəri həyata keçiriblər.

Səfər çərçivəsində dinləyicilərə müasir logistika və dəniz təhlükəsizlik sahələri üzrə ətraflı məlumat verilib, müvafiq istiqamətlər üzrə praktiki məsələlər müzakirə olunub. Görüş zamanı qarşılıqlı fikir mübadiləsi aparılıb, sahə üzrə təcrübə paylaşımı həyata keçirilib.

Tanışlıq səfəri, dinləyicilərin bilik və dünyagörüşünün artırılması ilə yanaşı, gələcəkdə müvafiq qurumlar arasında əməkdaşlıq imkanlarının möhkəmləndirməsi məqsədi daşıyır.

Ziyarətin sonunda xatirə fotosu çəkilib, hədiyyə təqdim olunub.








XƏBƏR ARXİVİ

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi