AZ | EN


Hərbi Liseydə Həzi Aslanovun ildönümü qeyd olunub - Video

Image

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Liseydə 2 dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun anadan olmasının 116-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimiz azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət himni ifa edilib.

Tədbirdə qəhrəman sərkərdənin şərəfli döyüş yolu, Vətənə sədaqəti və hərbi xidmətdə göstərdiyi misilsiz fədakarlığı xüsusi vurğulanıb, onun zəngin irsinin gənc nəsil üçün əhəmiyyəti diqqətə çatdırılıb.

Anım tədbiri çərçivəsində Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyəti tərəfindən vətənpərvərlik ruhunda musiqi nömrələri səsləndirilib, milli rəqslər nümayiş edilib.

Bu cür tədbirlər gənc hərbiçilərdə milli ruhun, Vətənə bağlılığın və qəhrəmanlıq ənənələrinin aşılanmasında mühüm rol oynayır.








XƏBƏR ARXİVİ

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi