AZ | EN


Kursantlar Milli İstiqlal Muzeyini ziyarət ediblər

Image

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Bakı Hərbi Kollecinin kursantları milli-mənəvi dəyərlərimizin və dövlətçilik tariximizin təbliği məqsədilə Milli İstiqlal Muzeyini ziyarət ediblər.

Ziyarət çərçivəsində kursantlar Azərbaycan xalqının azadlıq uğrunda apardığı çoxəsrlik mübarizəni, milli istiqlal ideyasının formalaşma mərhələlərini əks etdirən ekspozisiyalarla yaxından tanış olublar. Muzey əməkdaşları tərəfindən təqdim olunan ətraflı məlumatlar kursantlarda vətənpərvərlik ruhunun daha da möhkəmlənməsinə, tarixi yaddaşın dərinləşməsinə xidmət edib.

Eksponatlar sırasında Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, dövlət atributlarının təsisi, istiqlal mübarizəsində xüsusi xidmətləri olan şəxsiyyətlərin fəaliyyəti və müasir müstəqillik dövrünə aparan yol barədə zəngin materiallar nümayiş olunub.

Belə maarifləndirici ziyarətlər kursantların milli ideologiya, dövlətçilik ənənələri və vətənə sədaqət ruhunda formalaşmasında mühüm əhəmiyyət daşıyır.








XƏBƏR ARXİVİ

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi