AZ | EN


Dosent-metodistlər Cəmşid Naxçıvanski adına Hərbi Liseydə metodiki toplantı və təlim keçiriblər

Image

Milli Müdafiə Universitetinin dosent-metodistləri Cəmşid Naxçıvanski adına Hərbi Liseydə tədris prosesinin keyfiyyətinin artırılması məqsədilə aktual mövzular üzrə metodiki toplantı və təlim keçiriblər.

Təlim zamanı dosent-metodistlər Günel Bayramovanın “İnkişafa aparan qiymətləndirmə”, Xəyalə Nuşirəvanovanın “Zəka oyunlarının dərslərə inteqrasiyası və tətbiqi metodikası”, Gülşən Eminovanın “Sinfin effektiv idarəolunması və individuallıq”, Türkan Aşurovanın isə “Müəllimlərin rəqəmsal bacarıqlarının inkişafı” mövzularında təqdimatları dinlənilmişdir.

Keçirilən fəaliyyətin əsas məqsədi müasir təhsil yanaşmalarının tətbiqi, müəllimlərin metodiki səriştələrinin gücləndirilməsi və tədris prosesində innovativ üsulların istifadəsinin təşviq edilməsi olub.

Belə toplantıların keçirilməsi tədris prosesində keyfiyyətin yüksəldilməsinə, müəllimlərin peşəkar inkişafına, müasir pedaqoji yanaşmaların mənimsənilməsinə və innovativ təlim metodlarının effektiv tətbiqinə mühüm töhfə verir.








XƏBƏR ARXİVİ

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi