AZ | EN


Naxçıvan Hərbi Kollecində “Praktiki İngilis dili: Peşəkar ünsiyyət bacarıqlarının inkişafı” adlı yeni layihə təqdim olunub

Image

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində kursantların ingilis dili üzrə praktik ünsiyyət bacarıqlarının artırılmasına yönəlmiş yeni layihə təqdim edilib. Layihə çərçivəsində kursantlar gündəlik ünsiyyət, xidmət və peşə fəaliyyəti zamanı qarşılaşa biləcəkləri real həyat situasiyalarına uyğun danışıq tapşırıqları yerinə yetirəcəklər.
Layihənin əsas məqsədi kursantların yalnız nəzəri biliklərini artırmaq deyil, eyni zamanda ingilis dilində sərbəst, düzgün və inamlı danışmaq bacarıqlarını inkişaf etdirməkdir. Proqram dialoqlar, rol oyunları, müzakirələr və real situasiyalara əsaslanan məşğələlər vasitəsilə kursantların ünsiyyət bacarıqlarının gücləndirilməsini, gələcəkdə isə beynəlxalq mühitdə daha uğurla fəaliyyət göstərmələrini hədəfləyir.







XƏBƏR ARXİVİ

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi