AZ | EN


Naxçıvan Hərbi Kollecində tədris-metodiki toplantı keçirilib

Image

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində pedaqoji heyətin iştirakı ilə tədris-metodiki toplantı keçirilib.

Toplantının əsas məqsədi tədris prosesinin səmərəliliyinin artırılması, müasir pedaqoji yanaşmaların hərbi təhsil mühitinə inteqrasiyası və qiymətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi olub.

Toplantıda çıxış edənlər dərs mühitinin düzgün təşkili, kursantların adaptasiya prosesində pedaqoji dəstəyin rolu, inkişafyönümlü qiymətləndirmə və davamlı əks-əlaqənin əhəmiyyətini vurğulayıb, mövcud çətinliklərin həlli istiqamətində təkliflər irəli sürüblər.

Eyni zamanda, Milli Müdafiə Universitetinin dosent metodisti tərəfindən “Zəka oyunlarının dərslərə inteqrasiyası və layihə əsaslı öyrənmə” mövzusunda onlayn məşğələ keçirilib. İnteraktiv metodların kursantların məntiqi təfəkkürünün inkişafına və analitik düşüncə bacarıqlarının formalaşmasına müsbət təsir göstərdiyi qeyd olunub.

Toplantı pedaqoji heyətin peşəkar inkişafının gücləndirilməsi və metodikanın təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.








XƏBƏR ARXİVİ

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi