Bakı Hərbi Kollecinin kursantları təcrübə prosesinə cəlb olunublar
Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Bakı Hərbi Kollecinin Hərbi dənizçilik ixtisası üzrə təhsil alan kursantları Hərbi Dəniz Qüvvələrinin bölmələrində təcrübə prosesinə başlayıblar.
Təcrübə prosesi çərçivəsində kursantlar gəmiçilik və naviqasiya qaydalarını real şəraitdə tətbiq edir,
dəniz təhlükəsizliyi və gəmi heyətinin idarə olunması üzrə biliklərini möhkəmləndirir,
rabitə və siqnal sistemləri ilə işləmə bacarıqlarını inkişaf etdirir, dəniz şəraitində taktiki manevr və döyüş hazırlığı üzrə məşğələlərdə iştirak edirlər.
Həmçinin kursantlar döyüş gəmilərində və sahil bölmələrində xidmətin xüsusiyyətləri ilə yaxından tanış olur, dəniz şəraitində qərar qəbuletmə, operativ düşünmə və komanda idarəetməsi bacarıqlarını formalaşdırırlar.
Təcrübənin əsas məqsədi gələcək miçmanların nəzəri biliklərini praktik bacarıqlarla inkişaf etdirmək, onların peşəkarlıq səviyyəsini yüksəltmək və Azərbaycan Ordusu üçün yüksək ixtisaslı kadrlar hazırlamaqdır.

















