AZ | EN


“Dilimiz, mədəniyyətimiz, milli kimliyimiz” adlı tədbir keçirilib

Image

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində 21 fevral Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Dilimiz, mədəniyyətimiz, milli kimliyimiz” adlı tədbir keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Naxçıvan Hərbi Kollecinin rəisi, polkovnik Yaşar Hüseynov, filologiya elmləri doktoru, professor Sədaqət Həsənova, eləcə də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Təhminə Babayeva çıxış edərək Beynəlxalq Ana Dili Gününün əhəmiyyətindən, Azərbaycan dilinin tarixi inkişaf yolundan və milli-mənəvi dəyərlərimizdən olan dilimizin qorunub saxlanılmasından bəhs ediblər.

Daha sonra tədbirin bədii hissəsində kursantların iştirakı ilə Azərbaycan dilinin bu günümüzədək qorunub saxlanılmasında və inkişafında mühüm xidmətləri olmuş şair və yazıçılara həsr edilən bədii kompozisiya və səhnəciklər təqdim olunub.

Sonda qonaqlarla birlikdə xatirə şəkli çəkdirilib.











XƏBƏR ARXİVİ

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi