AZ | EN


Hərbi Tibb Fakültəsinin kursantları Simulyasiya Mərkəzində təlimlərə cəlb olunublar

Image

Hərbi Tibb Fakültəsinin Hərbi feldşer hazırlığı kursunun 3-cü kursunda təhsil alan kursantlar İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Bakı Sağlamlıq Mərkəzi kompleksində yerləşən Simulyasiya Mərkəzində təşkil edilən təlimlərdə iştirak edirlər.
Təlimlər zamanı kursantlar müasir tibbi simulyasiya avadanlıqlarından istifadə etməklə təcili tibbi yardımın göstərilməsi, ilkin tibbi müdaxilə, reanimasiya tədbirləri və digər vacib praktiki bacarıqlar üzrə bilik və vərdişlərini təkmilləşdirirlər.
Bu təlimlər kursantların nəzəri biliklərinin praktiki tətbiqini gücləndirməyə, real şəraitə yaxın mühitdə tibbi qərarvermə bacarıqlarını inkişaf etdirməyə və onların gələcək xidmət fəaliyyətinə daha hazırlıqlı olmalarına xidmət edir.
Təlimlər 13 mart 2026-cı il tarixədək davam edəcək.








XƏBƏR ARXİVİ

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi