AZ | EN


Kursantların təcrübə prosesi davam edir

Image

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Bakı və Naxçıvan Hərbi Kolleclərinin kursantları orta ixtisas təhsili proqramının tələblərinə uyğun olaraq nəzəri biliklərini praktik bacarıqlarla möhkəmləndirmək məqsədilə müvafiq hərbi hissə və təşkilatlarda istehsalat təcrübəsi keçirlər.
Təcrübə çərçivəsində kursantlar hərbi xidmətin əsas istiqamətləri üzrə praktiki məşğələlərə cəlb olunur, müasir texnika və avadanlıqlardan istifadə bacarıqlarını inkişaf etdirirlər. Eyni zamanda, hərbi intizamın möhkəmləndirilməsi, məxfilik rejiminə və texniki təhlükəsizlik qaydalarına ciddi riayət olunması istiqamətində vərdişləri təkmilləşdirirlər.
Keçirilən istehsalat təcrübəsi kursantların gələcək xidməti fəaliyyətlərə sistemli şəkildə hazırlanmasında mühüm rol oynayır, onların ixtisas üzrə bilik və bacarıqlarının dərinləşdirilməsinə, peşəkar vərdişlərin formalaşdırılmasına və real xidmət şəraitinə uyğunlaşmasına geniş imkanlar yaradır. Bununla yanaşı, təcrübə prosesi zamanı kursantlarda məsuliyyət hissi güclənir, müstəqil qərarvermə və kollektivlə işləmək bacarıqlarının inkişaf etdirilməsi təmin olunur.








XƏBƏR ARXİVİ

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi