AZ | EN


Milli Müdafiə Universitetinin nümayəndələri Bakı şəhərində yerləşən bir sıra ümumtəhsil müəssisələrində maarifləndirici və təbliğat xarakterli görüşlər keçiriblər

Image

Görüşlər zamanı şagirdlərə ölkəmizdə hərbi təhsilin inkişafı, hərbi qulluqçu peşəsinin şərəfli və məsuliyyətli bir peşə olması, həmçinin Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələri, qəbul qaydaları və mövcud ixtisaslar barədə ətraflı məlumat verilib. Nümayəndələr tərəfindən şagirdlərə hərbi təhsil müəssisələrində yaradılmış müasir tədris şəraiti, kursantların hazırlıq prosesi, eləcə də onların gələcək karyera imkanları haqqında təqdimat keçirilib.
Tədbir çərçivəsində şagirdləri maraqlandıran suallar cavablandırılıb, onlara hərbi təhsilə qəbulun mərhələləri, fiziki və nəzəri hazırlığın əhəmiyyəti barədə məlumat verilib. Bildirilib ki, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, onların dövlətə və xalqa sədaqətli hərbçi kimi yetişməsi hərbi təhsil sisteminin əsas prioritetlərindən biridir.
Sonda şagirdlərə hərbi təhsil müəssisələrinə qəbul imkanları ilə bağlı məlumatlandırıcı materiallar təqdim olunub və bu cür görüşlərin gənclərin gələcək peşə seçimində mühüm rol oynadığı vurğulanıb.






XƏBƏR ARXİVİ

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi