AZ | EN


NATO-nun "Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı"(DEEP) çərçivəsində distant təhsilin inkişaf etdirilməsi məqsədilə Polşa Respublikasında işçi görüş keçirilib

Image

Cari ilin 9–13 mart tarixlərində NATO-nun "Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı"(DEEP) çərçivəsində distant təhsilin inkişaf etdirilməsi məqsədilə Polşa Respublikasında işçi görüş keçirilib. Sözügedən tədbirdə Milli Müdafiə Universitetinin nümayəndə heyəti iştirak edib.
Tədbir zamanı distant təhsilin təşkili və tətbiqi üçün mövcud texniki imkanlar, müasir rəqəmsal platformalar və proqram təminatları haqqında təqdimatlar keçirilib. Həmçinin istifadə olunan proqram təminatlarının funksional xüsusiyyətləri, texniki imkanları və tədris prosesində tətbiq perspektivləri MMU nümayəndə heyətinin diqqətinə çatdırılıb.
Tədbir çərçivəsində distant təhsil texnologiyalarının tətbiqi, tədris prosesinin rəqəmsallaşdırılması və müasir təhsil platformalarının imkanları barədə ətraflı müzakirələr aparılıb.
Qeyd olunub ki, müasir dövrdə distant təhsil texnologiyalarının tətbiqi təhsilalanlar üçün daha geniş imkanlar yaradır, tədris prosesinin çevikliyini artırır və biliklərə daha operativ çıxış imkanı təmin edir.








XƏBƏR ARXİVİ

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi