AZ | EN


Naxçıvan Hərbi Kollecində “Milli dəyərlər və Azərbaycançılıq məfkurəsi” mövzusunda seminar keçirilib

Image

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində “Milli dəyərlər və Azərbaycançılıq məfkurəsi” mövzusunda seminar keçirilib.

Seminarda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov çıxış edərək milli-mənəvi dəyərlərimizin qorunması və təbliğinin əhəmiyyətindən, azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik ruhunda formalaşmasındakı rolundan bəhs edib. Çıxış zamanı bu ideologiyanın milli kimliyin möhkəmləndirilməsi, dövlətçilik ənənələrinin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətli olduğu vurğulanıb.

Seminarın sonunda kursantları maraqlandıran suallar cavablandırılıb.









XƏBƏR ARXİVİ

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi