AZ | EN


Tibb ixtisaslı məzunlar üçün Azərbaycan Ordusunda yeni xidmət konsepsiyası tətbiq edilir

Image

Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan islahatlar uğurla davam etdirilir.


Aparılan islahatlar çərçivəsində tibb sahəsində ixtisaslaşmış gənc kadrların bilik və bacarıqlarından daha səmərəli faydalanmaq, eyni zamanda onların karyera inkişafına töhfə vermək məqsədilə Müdafiə Nazirliyində hərbi xidmətkeçmə ilə bağlı yeni konsepsiya tətbiq ediləcək.
“Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna edilən dəyişikliklərə əsasən, ali tibb ixtisaslı çağırışçılar öz arzuları ilə bir il "leytenant" hərbi rütbəsində hərbi həkim olaraq xidmət edəcəklər.

 
Tibb ixtisaslı gənc əsgərlərə Milli Müdafiə Universitetində (MMU) təşkil ediləcək 30 günlük ilkin hazırlıq kursunda hərbi intizam qaydaları, silahdan istifadə, eləcə də hərbi tibb xidmətində tətbiq olunan sənədləşmə və tibbi qeydiyyat qaydaları tədris ediləcək.
Bundan başqa, zabit vəzifələrində xidmət etdikləri dövrdə hərbi həkimlər aylıq məvaciblə təmin olunmaqla hərbi qulluqçular üçün qanunla nəzərdə tutulmuş bütün hüquqlardan, eləcə də ailə tərkibi nəzərə alınmaqla dövlət tərəfindən ödənilən mənzil kirayəsi əvəzinə pul kompensasiyası və digər təminatlardan yararlanacaqlar.

 
Hərbi həkimlərin maddi rifah halının yaxşılaşdırılması məqsədilə onların sosial təminatı və ərazi prinsipi üzrə xidmət etmələri də nəzərə alınacaq. Bu yanaşma onların yaşayış və məskunlaşma məsələlərinin daha rahat həllinə imkan yaradacaq.
Müddətli həqiqi hərbi xidmət müddəti başa çatdıqdan sonra hərbi həkimlər öz seçimlərinə uyğun olaraq kadr zabit kimi xidmətlərini davam etdirə və yaxud ehtiyata buraxıla bilərlər.







XƏBƏR ARXİVİ

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi