AZ | EN


Naxçıvan Hərbi Kollecində şagirdlərlə təbliğat xarakterli görüş keçirilib

Image

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində yerləşən 17 ümumtəhsil məktəbin 9 və 11-ci sinif şagirdləri üçün təbliğat və maarifləndirmə tədbiri təşkil olunub.
Tədbir çərçivəsində şagirdlərə Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul qaydaları və şərtləri barədə ətraflı məlumat verilib, həmçinin onları maraqlandıran suallar cavablandırılıb.
Daha sonra şagirdlər kollecin maddi-texniki bazası, həmçinin tədris prosesi, kursantların fiziki və intellektual inkişafı üçün yaradılan imkanlarla tanış olub, ümumilikdə müəssisədə yaradılmış sosial-məişət şəraiti barədə məlumat əldə ediblər.








XƏBƏR ARXİVİ

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi