AZ | EN


Kursantlar Gürcüstan, Polşa və İtaliya Respublikalarına səfər ediblər

Image

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutun kursantları beynəlxalq hərbi əməkdaşlıq çərçivəsində Gürcüstan, Polşa və İtaliya respublikalarına səfərlər ediblər.
Səfərin əsas məqsədi kursantların beynəlxalq təcrübə qazanması, xarici ölkələrin hərbi təhsil sistemləri ilə yaxından tanış olması, eləcə də dost və tərəfdaş ölkələrlə hərbi sahədə əməkdaşlığın möhkəmləndirilməsi olub.
Səfərlər zamanı kursantlar hər üç ölkənin aparıcı hərbi təhsil müəssisələrinin komandanlıqları ilə görüşlər keçirib, qarşılıqlı fikir mübadiləsi aparıblar. İtaliyada səfər çərçivəsində nümayəndə heyəti Livorno şəhərinin meri ilə də görüşərək ölkələr arasında dostluq münasibətlərinin əhəmiyyətini vurğulayıblar.
Proqram çərçivəsində kursantlar Heydər Əliyev adına Hərbi İnstitutun yaranma tarixi və tədris prosesi barədə digər ölkə təmsilçilərinə ətraflı məlumat veriblər. Bu təqdimatlar institutun beynəlxalq arenada tanınması və digər ölkələrlə münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət daşıyıb.
Nümayəndə heyətimiz hər üç ölkədə tarixi abidələrlə yaxından tanış olub, keçirilən müxtəlif idman və hərbi yarışlarda - voleybol, pointboll, qaçış, ağırlıqqaldırma və yelkənli qayıq yarışlarında iştirak edərək yüksək nəticələr əldə edib. Həmçinin İtaliyada keçirilən rəsmi parad və bayraqların təhvil-təslim mərasimində iştirak olunub.
Tədbirlərin sonunda kursantlara fəal iştiraklarına görə müvafiq akademiyaların rəhbərlikləri tərəfindən sertifikat və hədiyyələr təqdim edilib. Nümayəndə heyətimiz tərəfindən Heydər Əliyev adına Hərbi İnstitutun rəhbərliyi adından qarşı tərəflərə xatirə hədiyyələri təqdim olunub.
Keçirilən beynəlxalq tədbirlərdə müxtəlif qitələri təmsil edən ölkələrdən onlarla hərbi təhsil müəssisəsi və yüzlərlə iştirakçı yer alıb ki, bu da səfərlərin miqyasını və əhəmiyyətini bir daha nümayiş etdirir.
Belə səfərlər kursantların peşəkar hazırlığının artırılması, beynəlxalq hərbi əməkdaşlığın genişləndirilməsi və Azərbaycan Ordusunun beynəlxalq arenada nüfuzunun daha da yüksəldilməsi baxımından mühüm rol oynayır.








XƏBƏR ARXİVİ

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi