AZ | EN


Kursantların hərbi intizamının yüksəldilməsi ilə bağlı silsilə tədbirlər davam edir

Image

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində kursantların hərbi intizamının daha da möhkəmləndirilməsi, onların dünyagörüşünün genişləndirilməsi, vətənpərvərlik ruhunun gücləndirilməsi və milli-mənəvi dəyərlərə sadiqliyin aşılanması istiqamətində “Özünüdərk” layihəsi uğurla həyata keçirilib.
“Özünüdərk” layihəsi çərçivəsində kursantların şəxsi inkişafının dəstəklənməsi, liderlik keyfiyyətlərinin formalaşdırılması, psixoloji dayanıqlılığının artırılması və sağlam mənəvi mühitin təşviqi məqsədilə müxtəlif aktual mövzuları əhatə edən ardıcıl və məqsədyönlü seminar-məşğələlər təşkil olunur.
Keçirilən seminarlar zamanı kursantlara özünüdərk, fərdi məsuliyyət, etik davranış qaydaları, kollektivdə münasibətlər, milli dəyərlərin qorunması və müasir çağırışlara uyğun düşüncə tərzinin formalaşdırılması kimi mövzularda geniş məlumat verilir, interaktiv müzakirələr aparılır.
Bu tədbirlər kursantların hərtərəfli inkişafına, onların gələcəkdə peşəkar, intizamlı və yüksək mənəvi keyfiyyətlərə malik hərbi qulluqçular kimi formalaşmasına mühüm töhfə verir.








XƏBƏR ARXİVİ

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi