AZ | EN


Milli Müdafiə Universiteti “Qərargah zabiti kursu”na qəbul elan edir

Image

Milli Müdafiə Universiteti cari ilin 5-15 may tarixlərində “Qərargah zabiti kursu”na elektron sənəd qəbulunu elan edir.
“Qərargah zabiti kursu” Azərbaycan Ordusunda briqada səviyyəsində əməliyyatların idarə olunması və qərargah fəaliyyətlərinin təşkili üzrə zabitlərin hazırlanması məqsədilə 15 sentyabr 2026-cı il tarixindən 12 fevral 2027-ci il tarixinədək Hərbi İdarəetmə İnstitutunda əyani formada keçiriləcəkdir.
Kursa baş zabit kateqoriyalı vəzifələrdə xidmət edən kapitan, mayor və polkovnik-leytenant rütbəli zabitlər müraciət edə bilərlər.
Qəbul imtahanlarının keçirilmə yeri və tarixi barədə namizədlərə əlavə məlumat veriləcəkdir.
Ətraflı məlumatı mmu.edu.az saytının “Təhsil müəssisələrinə qəbul” bölməsində yerləşdirilmiş “Qərargah zabiti kursu” hissəsindən əldə etmək mümkündür.
Əlaqə məlumatları:
- Telefon: (012) 404-18-45
- Çağrı mərkəzi: *0811
- E-poçt: admission@mmu.edu.az
- Ünvan: Bakı şəhəri, Qızıl Şərq 13.1 AZ1065






XƏBƏR ARXİVİ

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi