AZ | EN


Hərbi Tibb Fakültəsində Tələbə Elmi Cəmiyyəti – VIII elmi-praktik konfrans keçirilib

Image

Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində hərbi təbabətin aktual məsələlərinə və innovativ həllərə həsr olunmuş VIII konfrans keçirilib.
Tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda şəhid olan soydaşlarımızın əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Açılışda çıxış edənlər gənc kadrların elmi hazırlığının ordunun gələcəyi üçün vacibliyini vurğulayıblar. Konfransda Müdafiə Nazirliyi və elmi ictimaiyyətin nümayəndələri çıxış edərək hərbi tibbdə elmi tədqiqatların əhəmiyyətindən danışıblar. Eyni zamanda, fakültənin illik fəaliyyəti təqdim olunub.
Qeyd olunub ki, hərbi həkimlik yüksək bilik və fədakarlıq tələb edən şərəfli peşədir və bu ənənə gənc kursantlar tərəfindən uğurla davam etdirilir.
Konfransda təqdim olunan innovativ yanaşmaların hərbi tibb elminin inkişafına töhfə verəcəyi vurğulanıb.








XƏBƏR ARXİVİ

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi