AZ | EN


Milli Müdafiə Universiteti “İdarəetmə akademik kurs”a qəbul elan edir

Image

Milli Müdafiə Universiteti cari ilin 5-15 may tarixlərində “İdarəetmə akademik kurs”a (İAK) elektron sənəd qəbulu elan edir.
“İdarəetmə akademik kursu” Azərbaycan Ordusunun qoşun (qüvvə) növləri və birlik qərargahlarında əməliyyatların idarə olunması, eləcə də qərargah fəaliyyətlərinin səmərəli təşkili üzrə zabitlərin hazırlanması məqsədilə 15 sentyabr 2026-cı il tarixindən 25 iyun 2027-ci il tarixinədək Hərbi İdarəetmə İnstitutunda əyani formada keçiriləcəkdir.
Kursa baş zabit kateqoriyalı vəzifələrdə xidmət edən, “Qərargah zabiti kursu”nu və ya xarici ölkələrdə onun ekvivalentini müvəffəqiyyətlə bitirmiş mayor, polkovnik-leytenant və polkovnik rütbəli zabitlər müraciət edə bilərlər.
Qəbul imtahanlarının keçirilmə yeri və tarixi barədə namizədlərə əlavə məlumat veriləcəkdir.
Ətraflı məlumatı mmu.edu.az saytının “Təhsil müəssisələrinə qəbul” bölməsində yerləşdirilmiş “İdarəetmə akademik kurs” hissəsindən əldə etmək mümkündür.
Əlaqə məlumatları:
- Telefon: (012) 404-18-45
- Çağrı mərkəzi: *0811
- E-poçt: admission@mmu.edu.az
- Ünvan: Bakı şəhəri, Qızıl Şərq 13.1 AZ1065






XƏBƏR ARXİVİ

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi