AZ | EN


Naxçıvan Hərbi Kollecində praktiki dərslər uğurla davam edir

Image

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində “Uçan aparatların texniki istismarı (orta ixtisas təhsili)” ixtisası üzrə təhsil alan kursantlar praktiki məşğələlər çərçivəsində döyüş texnikalarının yaz-yay mövsümünə texniki xidmət prosesi ilə tanış olublar.
Dərs zamanı kursantlara mövsümi baxış, texniki xidmət qaydaları, istismar xüsusiyyətləri və təhlükəsizlik normaları barədə ətraflı məlumat verilib. Eyni zamanda, onlar praktiki olaraq texniki xidmət prosesində iştirak edərək texnikanın saxlanılması və istismarı sahəsində təcrübə qazanıblar.
Belə praktiki məşğələlər kursantların nəzəri biliklərinin möhkəmləndirilməsinə, peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsinə və gələcək xidmət fəaliyyətinə daha hazırlıqlı olmalarına mühüm töhfə verir.








XƏBƏR ARXİVİ

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi