AZ | EN


Hava Hücumundan Müdafiə ixtisası üzrə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul davam edir

Image

Hava Hücumundan Müdafiə ixtisası üzrə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul davam edir. Sənəd qəbulu həm elektron qaydada - mmu.edu.az saytı vasitəsilə, həm də Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunda (Ünvan: Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi 9a) və Əlahiddə Ümumqoşun Ordunun Təlim və Tədris Mərkəzində (Ünvan: Naxçıvan şəhəri, “Naxçıvan-1” hərbi şəhərciyi) saat 09:00-dan 17:00-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) həyata keçirilir. Namizədlərin yuxarıdakı üsullardan hər hansı biri vasitəsilə sənədlərini təqdim etmələri yetərli hesab olunur.
“Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların hazırlığı kursu”na ən azı ümumi orta təhsilli, müddətli həqiqi hərbi xidmətini başa vurmuş 35 yaşınadək kişi cinsli hərbi vəzifəlilər (zabit, gizir, miçman hərbi rütbəsi olanlar istisna olmaqla), eləcə də Silahlı Qüvvələrdə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmiş (“Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə), “q” bəndinə (ştat ixtisarına görə) əsasən ordu sıralarından ehtiyata buraxılmış) 40 yaşınadək kişi cinsli hərbi vəzifəlilər qəbul edilir.
Elektron qaydada müraciət etmək istəyən namizədlər mmu.edu.az saytının “Təhsil müəssisələrinə qəbul” bölməsindəki “Çavuş hazırlığı (MAHHXHQ)” hissəsinə keçid edərək elektron sənəd qəbulu portalından müvafiq sənədlərlə tanış ola və müraciət edə bilər.
Xidmət yerləri:
•⁠ ⁠Bakı şəhəri;
•⁠ ⁠⁠Sumqayıt şəhəri;
•⁠ ⁠Gəncə şəhəri;
•⁠ ⁠⁠Naxçıvan MR;
•⁠ ⁠Mingəçevir şəhəri;
•⁠ ⁠Kürdəmir rayonu.
Əlaqə məlumatları:
Telefon: - (012) 404-18-45
Telefon: - (036) 545-00-11 (Naxçıvan)
Çağrı mərkəzi: - *0811
E-poçt: admission@mmu.edu.az
Ünvan: Bakı şəhəri, Qızıl Şərq 13. AZ1065






XƏBƏR ARXİVİ

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi