AZ | EN


“Müasir hərbi təhsil və hərb elminin inkişaf perspektivləri” mövzusunda 21-ci respublika elmi-praktik konfransı başlayıb

Image

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Müasir hərbi təhsil və hərb elminin inkişaf perspektivləri” mövzusunda 21-ci respublika elmi-praktik konfransı öz işinə başlayıb.
Milli Müdafiə Universitetinin təşəbbüsü ilə təşkil olunan konfrans ölkənin xüsusi təyinatlı ali təhsil müəssisələri, güc strukturları və elmi təşkilatlarının geniş nümayəndə heyətlərini bir araya gətirib.
Açılış nitqi ilə çıxış edən Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdülov Ulu Öndər Heydər Əliyevin Azərbaycan Ordusunun və milli hərbi təhsil sisteminin formalaşmasında misilsiz qurucu rolundan bəhs edib. Qeyd olunub ki, 1993-cü ildən etibarən həyata keçirilən ordu quruculuğu siyasəti nəticəsində Azərbaycan Ordusu müasir, peşəkar və güclü orduya çevrilib.
Çıxışda vurğulanıb ki, bu siyasi kurs hazırda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla davam etdirilir. Son 20 ildə aparılan islahatlar nəticəsində Azərbaycan Ordusu müasir silah və texnika ilə təchiz olunaraq regionun ən güclü hərbi qüvvələrindən birinə çevrilib və 2020-ci ildə Vətən müharibəsində tarixi Zəfər qazanıb.






XƏBƏR ARXİVİ

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi