AZ | EN


Naxçıvan Hərbi Kollecində Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Image

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində “Qılınc və qələm” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 yanvar 2026-cı il tarixli müvafiq Sərəncamına uyğun olaraq böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş “Xaqani Şirvani - Gənclərə nəsihət” adlı poeziya günü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra tədbirlə əlaqədar videoçarx izlənilib.
Tədbirdə Naxçıvan Hərbi Kollecinin rəisi, polkovnik Yaşar Hüseynov, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar, həmçinin Naxçıvanın tanınmış şairləri çıxış ediblər.
Çıxışlar zamanı böyük söz ustadı Xaqani Şirvaninin yaradıcılığı və ədəbi irsi haqqında məlumat verilib, şairlər, həmçinin kursantlar və müəllimlər tərəfindən müxtəlif şeirlər səsləndirilib. Tədbir kursantların vətənpərvərlik mövzusunda ifa etdikləri musiqi nömrələri ilə yadda qalıb.
Sonda xatirə şəkilləri çəkilib.






XƏBƏR ARXİVİ

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi