AZ | EN


Litva Hərbi Akademiyasının nümayəndə heyəti ölkəmizdə səfərdədir

Image

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Litva Respublikası Milli Müdafiə Nazirliyi arasında imzalanmış 2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq Planı”na əsasən, Litva Hərbi Akademiyasının nümayəndə heyəti ölkəmizdə səfərdədir.

Səfər çərçivəsində Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunda keçirilən görüşdə təhsil prosesində beynəlxalq əməkdaşlığın və təcrübə mübadiləsinin vacibliyi vurğulanıb, həmçinin, qarşılıqlı maraq doğuran məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Daha sonra qonaqlara təhsil ocağının tarixi, fəaliyyət istiqaməti, tədris prosesində tətbiq edilən yeniliklər və digər məsələlər haqqında brifinq təqdim edilib, onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, mayın 15-dək ölkəmizdə səfərdə olacaq litvalı nümayəndə heyətinin Quru Qoşunlarının hərbi hissəsinə ziyarəti, Laçın, Xankəndi və Şuşa şəhərlərinə, eləcə də, paytaxta mədəni gəzinti proqramı planlaşdırılır.







XƏBƏR ARXİVİ

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi