AZ | EN


Heydər Əliyev adına Hərbi İnstitutun kursantı yazı müsabiqəsinin qalibi olub

Image

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutun kursantı Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi İnstitutunda keçirilən yazı müsabiqəsində uğurla iştirak edib.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Dahilər tarix yazır” mövzusunda keçirilən müsabiqədə 15-dən çox ali təhsil müəssisəsinin tələbə və kursantları iştirak ediblər.
Müsabiqədə Heydər Əliyev adına Hərbi İnstitutun I kursunda təhsil alan kursant Rəvan Babayev qalib olaraq birinci yerə layiq görülüb və qiymətli hədiyyə ilə təltif edilib.








XƏBƏR ARXİVİ

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi