AZ | EN


Briqadanın maddi-texniki təminatının idarə edilməsi üzrə ixtisasartırma kursu"nun buraxılış mərasimi keçirilib

Image

Mərasimi giriş sözü ilə açan Hərbi İdarəetmə İnstitutu rektorunun Tədris və elmi işlər üzrə müavini - tədris şöbəsinin rəisi 1-ci dərəcəli kapitan Əsəd Rüstəmov kursu bitirən zabitlərə Milli Müdafiə Universitetinin rəhbərliyinin təbrikini çatdırıb, onlara gələcək fəaliyyətində uğurlar arzulayıb. O, Azərbaycan Ordusunun peşəkar və dövrün tələblərinə uyğun zabit kadrlarının hazırlanması Ali Baş Komandanın ordu rəhbərliyi qarşısında qoyduğu prioritet məsələlərdən biri olduğunu vurğulayaraq hərbi təhsil sistemində aparılan islahatların Ordumuzun döyüş qabiliyyətinin və intellektual potensialının yüksəldilməsi məqsədini daşıdığını xüsusi diqqətə çatdırıb.

Kursu birinciliklə bitirən mayor Xalid Əliyev kurs yoldaşları adından çıxış edərək tədris dövründə əldə etdikləri bilik və bacarıqlara yiyələnmələri üçün yaradılmış şəraitə görə Milli Müdafiə Universitetinin və Hərbi İdarəetmə İnstitutunun rəhbərliyinə, professor-müəllim heyətinə minnətdarlığını bildirib.

Sonda məzunlara sertifikatlar təqdim olunub və xatirə fotoları çəkilib.







XƏBƏR ARXİVİ

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi