AZ | EN


Heydər Əliyev adına Hərbi İnstitutda “Azərbaycan dilini öyrənirik” adlı tədbir keçirilib

Image

Tədbirin keçirilməsində əsas məqsəd dost dövlətlərdən olan kursantların Azərbaycan dilini daha dərindən mənimsəmələrinə dəstək olmaq, ölkəmiz haqqında biliklərini genişləndirmək, multikultural dəyərlərin təbliği ilə yanaşı, müxtəlif xalqların nümayəndələri arasında dostluq münasibətlərinin və qarşılıqlı etimad mühitinin daha da gücləndirilməsinə töhfə vermək olub.
Tədbirdə çıxış edənlər Azərbaycan dilinin öyrənilməsinin xarici kursantların ölkəmizin tarixi, mədəniyyəti, milli-mənəvi dəyərləri və hərbi təhsil mühiti ilə daha yaxından tanış olmalarında mühüm rol oynadığını qeyd edərək dilin müxtəlif xalqlar arasında qarşılıqlı anlaşmanın, dostluğun və səmərəli əməkdaşlığın möhkəmləndirilməsində əsas vasitələrdən biri olduğunu vurğulayıblar.
Tədbir çərçivəsində əcnəbi kursantlar Azərbaycan dilində hazırladıqları çıxışlar, şeirlər və təqdimatlarla əldə etdikləri bilik və bacarıqları nümayiş etdiriblər.
Daha sonra kursantlar arasında Azərbaycan dili üzrə intellektual bilik yarışması - viktorina keçirilib.








XƏBƏR ARXİVİ

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi