AZ | EN


Pakistan İslam Respublikası Milli Müdafiə Universitetinin rəhbər heyəti və "Milli Təhlükəsizlik və Müharibə kursu-26"nın dinləyici və professor-müəllim heyəti ölkəmizə səfər edib

Image

Əvvəlcə qonaqlar Şəhidlər xiyabanını ziyarət edərək ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarların gül dəstələri qoyub, ehtiram nümayiş etdiriblər.
Pakistanlı nümayəndə heyəti ilə görüşən Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdülov onları ölkəmizdə görməkdən məmnunluğunu ifadə edib.
Görüşdə Azərbaycanla Pakistan arasında əlaqələrin davamlı inkişaf etdiyi qeyd olunub, hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Nümayəndə heyətinə "Hərbi təhsil və elm sahəsində həyata keçirilən islahatlar" mövzusunda brifinq təqdim olunub.
Sonda qarşılıqlı hədiyyələr təqdim edilib və xatirə fotosu çəkdirilib.






XƏBƏR ARXİVİ

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi