AZ | EN


Hərbi İdarəetmə İnstitutunun Xarici dil mərkəzində növbəti buraxılış mərasimi keçirilib

Image

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunun Xarici dil mərkəzində müxtəlif dillər üzrə intensiv kursların növbəti buraxılış mərasimi keçirilib.
Mərasimdə çıxış edən Hərbi İdarəetmə İnstitutunun rektoru polkovnik Elnur Ələsgərli müasir dövrdə hərbi qulluqçuların karyera inkişafı, habelə ölkəmizin təmsilçiliyi baxımından xarici dil hazırlığının xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. O, Azərbaycan Ordusunun beynəlxalq hərbi əməkdaşlığının mövcud səviyyəsinin xaricdə təhsil üçün geniş imkanlar yaratdığını vurğulayıb. Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun və strateji əhəmiyyətinin mütəmadi şəkildə artdığı bir şəraitdə ölkəmizin layiqincə təmsil edilməsi, həmçinin Azərbaycan Ordusunun qüdrətinin daha dolğun nümayiş olunması üçün hərbi qulluqçuların yüksək səviyyədə xarici dil biliklərinə malik olmalarının vacibliyini qeyd edib.
Məzunlar arasında Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə yanaşı, qardaş Türkiyə Respublikasının hərbi qulluqçuları da yer alıb.
Sonda məzunlara Hərbi İdarəetmə İnstitutunun rəhbərliyi və Türkiyənin Azərbaycan Respublikasındakı Hərbi attaşesi general-mayor Ersin Dinçer tərəfindən sertifikatlar təqdim edilib, xatirə şəkilləri çəkilib.






XƏBƏR ARXİVİ

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi