AZ | EN


Naxçıvan Hərbi Kollecinin bir qrup şəxsi heyəti “Qərbi Azərbaycana Qayıdış” Festival-Konqresində iştirak ediblər

Image

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecinin zabit, müəllim və kursantlarından ibarət bir qrup şəxsi heyəti Ordubad şəhərində keçirilmiş “Qərbi Azərbaycana Qayıdış” Festival-Konqresində iştirak ediblər.
18–19 iyun 2026-cı il tarixlərində təşkil olunan tədbirdə Naxçıvan Hərbi Kollecinin stendi iştirakçıların böyük marağına səbəb olub. Stenddə kollecin müəllimi tərəfindən hazırlanmış silah nümunələri, kursantların ərsəyə gətirdikləri rəsm əsərləri və müxtəlif əl işləri nümayiş etdirilib, kursantların təqdimatında tədbirin mövzusuna aid bədii kompozisiya təqdim edilib.
Festival çərçivəsində Naxçıvan Dövlət Universitetində keçirilən elmi konqresdə Naxçıvan Hərbi Kollecinin rəisi və müəllimləri elmi məruzələrlə çıxış ediblər. Təqdim olunan məruzələr yüksək qiymətləndirilib, çıxış edənlərə sertifikatlar təqdim olunub.
Festivalda iştirak Qərbi Azərbaycanın tarixi-mədəni irsinin təbliği, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi və elmi-mədəni əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət kəsb edib.






XƏBƏR ARXİVİ

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi