AZ | EN


Çin dili kursunun buraxılış mərasimi keçirilib

Image

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunun Xarici Dillər Mərkəzində Çin dili kursunun buraxılış mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Respublikasındakı Çin Xalq Respublikasının hərbi attaşesi polkovnik Sonq Jun, Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun Çin tərəfdən direktoru Van Haoçinq, Hərbi İdarəetmə İnstitutunun rəhbər heyəti, müəllimlər və kurs iştirakçıları iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasındakı Çin Xalq Respublikasının hərbi attaşesi polkovnik Sonq Jun kursu uğurla başa vuran dinləyiciləri təbrik edərək, Azərbaycan ilə Çin arasında hərbi təhsil və dil hazırlığı sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Daha sonra Hərbi İdarəetmə İnstitutu rektorunun elm və tədris işləri üzrə müavini birinci dərəcəli kapitan Əsəd Rüstəmov çıxış edərək Xarici Dillər Mərkəzində həyata keçirilən dil hazırlığı proqramlarının əhəmiyyətindən danışıb, kursu müvəffəqiyyətlə başa vuran məzunları təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonda məzunlara sertifikatlar təqdim olunub və xatirə şəkli çəkdirilib.








XƏBƏR ARXİVİ

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi