Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunda və Naxçıvan Hərbi Kollecində xaricdə təhsil imkanlarına həsr olunmuş “Açıq qapı” günü keçiriləcək
Milli Müdafiə Universiteti tərəfindən həyata keçirilən beynəlxalq təhsil əməkdaşlığı çərçivəsində xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları üçün geniş imkanlar yaradılır. Bu imkan sayəsində kursantlar qəbul balı və şəxsi istəkləri əsasında Türkiyə, Almaniya, İtaliya, Koreya və Çin kimi dünyanın aparıcı ölkələrinin nüfuzlu hərbi təhsil müəssisələrində tam dövlət təminatı ilə təhsil almaq şansı qazanırlar.
Bu məqsədlə hərbi peşəyə maraq göstərən, buraxılış imtahanlarında yüksək nəticə əldə etmiş abituriyentlər və onların valideynləri üçün:
18 iyul, saat 11:00-da Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunda və Naxçıvan Hərbi Kollecində xaricdə təhsil imkanlarına həsr olunmuş “Açıq qapı” günü keçiriləcəkdir. Tədbir zamanı iştirakçılara xaricdə hərbi təhsil imkanları, qəbul qaydaları, seçim prosesi və təhsil müddətində yaradılan şərait barədə ətraflı məlumat veriləcəkdir.
Tədbirdə iştirak etmək istəyən şəxslərdən aşağıdakı link vasitəsilə qeydiyyatdan keçmələri xahiş olunur:
https://forms.gle/8rJKMazSHyq121wP8
Tədbirdə iştirak etmək istəyən, lakin müxtəlif səbəblərdən qatıla bilməyən gənclərə qeydiyyat linkində onlarla əlaqə saxlanılması üçün müvafiq seçimi etmələri tövsiyə olunur.
Əlavə suallar üçün Milli Müdafiə Universitetinin Çağrı mərkəzi və elektron poçt ünvanı fəaliyyət göstərir:
Çağrı mərkəzi: *0811 (iş günləri saat 09:00-dan 17:30-dək)
E-poçt: admission@mmu.edu.az
Fəxr edəcəyin gələcəyi seç — sən də sıralarımıza qoşul!









