Hörmətli abituriyentlər və valideynlər!
Milli Müdafiə Universiteti tərəfindən buraxılış imtahanında yüksək nəticə göstərmiş abituriyentlər və onların valideynləri üçün xüsusi məlumatlandırıcı görüş təşkil olunacaq.
Görüş zamanı Milli Müdafiə Universitetinin beynəlxalq təhsil əməkdaşlığı çərçivəsində kursantlara təqdim olunan xaricdə təhsil imkanları barədə ətraflı məlumat veriləcək. İştirakçılar Türkiyə, Almaniya, İtaliya, Koreya və Çin kimi ölkələrin nüfuzlu hərbi təhsil müəssisələrində təhsil alma imkanları, qəbul qaydaları və seçim meyarları ilə tanış olacaqlar.
Eyni zamanda, *IV ixtisas qrupu üzrə 600 və daha yüksək bal toplamış abituriyentlər üçün Türkiyənin Gülhanə Tədris və Araşdırma Xəstəxanasında Hərbi Tibb ixtisası üzrə* təhsil imkanları, qəbul şərtləri və bu istiqamətdə təqdim olunan üstünlüklər barədə geniş təqdimat keçiriləcək.
Tarix: 18 iyul 2026
Saat: 11:00
Görüşün təşkil olunacağı məkanlar:
• Heydər Əliyev adına Hərbi İnstitut
• Naxçıvan Hərbi Kolleci
Tədbirdə iştirak etmək istəyən şəxslərdən aşağıdakı keçid vasitəsilə əvvəlcədən qeydiyyatdan keçmələri xahiş olunur:
https://forms.gle/8rJKMazSHyq121wP8
Tədbirdə iştirak etmək istəsə də müxtəlif səbəblərdən qatıla bilməyəcək şəxslərə qeydiyyat formasında onlarla sonradan əlaqə saxlanılması seçimini etmələri tövsiyə olunur.
Əlavə məlumat üçün:
Çağrı Mərkəzi: *0811 (iş günləri 09:00–17:30)
E-poçt: admission@mmu.edu.az
Fəxr edəcəyin gələcəyi seç — sən də sıralarımıza qoşul!











