AZ | EN


Xarici ölkələrdə hərbi təhsil almaq istəyən abituriyentlər üçün "Açıq qapı" günü keçiriləcək

Image

İyulun 18-də saat 11:00-da Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitut və Naxçıvan Hərbi Kollecində “Açıq qapı” günü keçiriləcək.

Xaricdə hərbi təhsil almaq istəyən yüksək nəticəli abituriyentlərə və onların valideynlərinə qəbul qaydaları, seçim mərhələləri və kursantlar üçün yaradılan şərait barədə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, MMU-nun beynəlxalq təhsil əməkdaşlığı proqramları çərçivəsində kursantlar Türkiyə, Almaniya, İtaliya, Koreya və Çin kimi ölkələrin nüfuzlu hərbi təhsil müəssisələrində tam dövlət təminatı ilə təhsil almaq imkanı əldə edirlər.

Maraqlananlar əlavə məlumat üçün universitetin çağrı mərkəzinə (*0811) və yaxud elektron-poçt ünvanına (admission@mmu.edu.az) iş günlərini nəzərə almaqla saat 09:00-dan 17:30-dək müraciət eləyə bilərlər.

İştirak üçün aşağıdakı keçid vasitəsilə qeydiyyatdan keçmək tələb olunur:


https://forms.gle/8rJKMazSHyq121wP8







XƏBƏR ARXİVİ

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi