Kursantlar düşərgə təlimlərində iştirak ediblər
Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecinin kursantları Komando başlanğıc kursu çərçivəsində keçirilən düşərgə təlimlərində iştirak edirlər.
Təlimlər zamanı kursantlar “Dağ hazırlığı” ixtisası üzrə çoxməqsədli qüllə təlim məşğələsi, eləcə də basqın və pusqu əməliyyatlarının icrası üzrə praktiki məşğələlər yerinə yetiriblər.
Təlimlərin əsas məqsədi kursantların döyüş vərdişlərini təkmilləşdirmək, fiziki hazırlığını artırmaq, ekstremal hava şəraitində sağqalma, yüksək dağlıq ərazilərdə hərəkət və mövqe tutma, alpinizm texnikaları, yön tapma və xüsusi taktiki hazırlıq üzrə bilik və bacarıqlarını inkişaf etdirməkdir.
Keçirilən praktiki məşğələlər kursantların mürəkkəb relyef şəraitində fəaliyyət göstərmək, müxtəlif taktiki tapşırıqları yerinə yetirmək və komanda şəklində hərəkət etmək bacarıqlarının daha da təkmilləşdirilməsinə xidmət edir.










