Milli Müdafiə Universiteti DİM-in Ali Təhsil Müəssisələrinin sərgisində!
29–31 iyul 2026-cı il tarixlərində Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə DİM-in Elektron İmtahanlar Korpusunda keçirilən ali təhsil müəssisələrinin sərgisində Milli Müdafiə Universiteti də təmsil olunur.
Sərgiyə gələn ziyarətçilər DİM-in Elektron İmtahanlar Korpusunun 2-ci mərtəbəsində yerləşən Milli Müdafiə Universitetinin stendində Heydər Əliyev adına Hərbi İnstituta, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində “Hərbi həkim” və “Hərbi feldşer” ixtisaslarına, hərbi kolleclərə və hərbi liseylərə qəbul prosesi, xaricdə təhsil imkanları, kursantlar üçün nəzərdə tutulan dövlət təminatı, imtiyazlar, təhsil üstünlükləri və hərbi karyera perspektivləri barədə ətraflı məlumat əldə edə bilərlər.
Hərbi təhsil almağı və gələcəyini peşəkar zabit kimi qurmağı hədəfləyən hər kəsi Milli Müdafiə Universitetinin stendini ziyarət etməyə dəvət edirik.










