Heydər Əliyev adına Hərbi İnstitutda maarifləndirici seminar keçirilib
Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun nümayəndələrinin iştirakı ilə qadın kursantlar üçün “Hərbi xidmət əleyhinə olan cinayətlərin şərhi” mövzusunda seminar-görüş keçirilib.
Tədbir çərçivəsində hərbi xidmət əleyhinə olan cinayətlərlə bağlı qanunvericiliyin tələbləri izah edilib, maarifləndirici məlumatlar verilib və kursantların sualları cavablandırılıb.











