Heydər Əliyev adına Hərbi İnstitutda panel müzakirə keçirilib
Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda professor-müəllim heyətinin və kursantların iştirakı ilə “Gələcəyin zabiti: müasir çağırışlara və innovasiyalara doğru” mövzusunda panel müzakirə keçirilib.
Müzakirə zamanı gələcəyin zabitlərinin müasir çağırışlara hazırlanması, hərbi təhsildə innovativ yanaşmaların tətbiqi və peşəkar kadr hazırlığının təkmilləşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.









