AZ | EN


Naxçıvan Hərbi Kollecinin və Heydər Əliyev adına Hərbi Liseyin kursantları müsabiqələrin qalibi olublar

Image

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecinin kursantları esse müsabiqəsində, Heydər Əliyev adına Hərbi Liseyin kursantları isə rəsm müsabiqəsində birinci yerə layiq görülüblər.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi Akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Zərifə xanım Əliyeva - elmə, insanlığa, Vətənə xidmət nümunəsi” adlı esse müsabiqəsində Naxçıvan Hərbi Kollecinin kursantları birinci yeri tutublar.

Heydər Əliyev adına Hərbi Liseyin kursantları isə “Şəhərsalma və Memarlıq ili” çərçivəsində “Naxçıvan gələcəyin memarlarının rəngli dünyasında” mövzusunda keçirilən rəsm və dekorativ-tətbiqi sənət üzrə yaradıcılıq müsabiqəsində rəsm nominasiyası üzrə birinci yerə layiq görülüblər.

14 oktyabr 2026-cı il tarixində keçirilən mükafatlandırma mərasimində qaliblərə diplom və mükafatlar təqdim olunub.








XƏBƏR ARXİVİ

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi