Heydər Əliyev adına Hərbi Liseyin kursantları idman yarışında uğurlu nəticələr əldə ediblər
Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi Liseyin kursantları 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş yeniyetmələr arasında cüdo üzrə Naxçıvan Muxtar Respublikası birinciliyində uğurla çıxış ediblər.
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən yarışda liseyin kursantları müxtəlif çəki dərəcələrində mübarizə apararaq 3 qızıl və 6 bürünc medal qazanıblar.













