Heydər Əliyev adına Hərbi İnstitutda rəsm müsabiqəsi keçirilib
Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda 25 oktyabr - Beynəlxalq Rəssamlar Günü münasibətilə hərbi təhsil müəssisələrinin hərbi qulluqçuları və mülki işçiləri arasında “Vətən, ordu və milli dəyərlər” mövzusunda rəsm müsabiqəsi keçirilib.
Tədbirdə hərbi təhsil müəssisələrinin hərbi qulluqçuları və mülki işçiləri ilə yanaşı, Azərbaycan Rəssamlar İttifaqının sədr müavini, xalq rəssamı Ağaəli İbrahimov və ittifaqın digər rəssam üzvləri də iştirak ediblər.
Müsabiqənin keçirilməsində əsas məqsəd iştirakçıların yaradıcılıq potensialının üzə çıxarılması, vətənpərvərlik ruhunun və milli-mənəvi dəyərlərə bağlılığın təbliğ olunmasıdır.
Tədbirin sonunda müsabiqənin qalibləri mükafatlandırılıblar.

















