Naxçıvan Hərbi Kollecinin kursantları Hüseyn Cavidin ev-muzeyini ziyarət ediblər
Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecinin kursantları görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin anadan olmasının 144-cü ildönümü ilə əlaqədar ev-muzeyində olublar.
Kursantlar muzeydə şairin həyat və yaradıcılığını əks etdirən eksponatlarla tanış olub, onun ədəbi irsi və Azərbaycan ədəbiyyatının inkişafındakı rolu barədə məlumat əldə ediblər.
















