Hərbi Tibb Fakültəsinin tələbəsi kamandan oxatma turnirinin qalibi olub
Hərbi Tibb Fakültəsinin II kurs tələbəsi Tükəzban Zalova həvəskarlar arasında keçirilən “Target Archery Open by Book&Play” kamandan oxatma turnirində I yeri tutub.
Azərbaycan Kamandan Oxatma Federasiyası, Vector Archery Club və Fokus Kamandan Oxatma Məktəbinin birgə dəstəyi ilə təşkil olunan yarışda iştirakçılar 10 metr məsafədən hədəfi nişan alıblar.
Turnirin yekununda Tükəzban Zalovaya qızıl medal, diplom və xüsusi hədiyyə ilə təltif olunub.













