Heydər Əliyev adına Hərbi İnstitutun nümayəndə heyəti Tacikistan Respublikasında rəsmi səfərdədir
Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutun nümayəndə heyəti Azərbaycan və Tacikistan müdafiə nazirlikləri arasında 2026-cı il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, noyabrın 2-dən 4-dək Tacikistan Respublikasının Düşənbə şəhərində rəsmi səfərdədir.
Səfərin əsas məqsədi iki ölkənin hərbi təhsil müəssisələri arasında mövcud əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılması və hərbi təhsil sahəsində əlaqələrin genişləndirilməsidir.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Tacikistan Müdafiə Nazirliyinin Hərbi İnstitutuna və Hərbi Liseyinə ziyarətləri, həmin təhsil müəssisələrinin fəaliyyəti, tədris prosesi və təhsil imkanları ilə yaxından tanışlığı, eləcə də qarşılıqlı maraq doğuran məsələlər ətrafında rəsmi görüşlərin keçirilməsi nəzərdə tutulur.

















