MMU-nun nümayəndə heyəti Şəhidlər xiyabanını və şəhid ailələrini ziyarət edib
8 Noyabr – Zəfər Günü münasibətilə Milli Müdafiə Universitetinin (MMU) nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib.
Ziyarət zamanı Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.
Nümayəndə heyəti, həmçinin bir qrup şəhid ailəsini ziyarət edərək ailə üzvləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb və Zəfər Günü münasibətilə təbriklərini çatdırıb.















