AZ | EN


MMU-nun tabeliyindəki hərbi kolleclərin kursantları idman yarışlarında uğur qazanıblar

Image

Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Bakı və Naxçıvan hərbi kolleclərinin kursantları Zəfər Gününə həsr olunmuş idman yarışlarında uğurlu nəticələr əldə ediblər.

Bakı Hərbi Kollecinin “Vətən Oğulları” komandası 25 komandanın iştirak etdiyi “Kyokuşin Senşi” yarışında qazandığı medalların ümumi sayına görə birinci yeri tutub. Komanda 1 qızıl, 5 gümüş və 8 bürünc medal qazanıb.

Naxçıvan Hərbi Kollecinin kursantları isə cüdo üzrə Naxçıvan şəhər birinciliyində uğurlu çıxış edərək 2 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olublar.

Kursantların əldə etdikləri nəticələr hərbi kolleclərdə idmanın və fiziki hazırlığın inkişafına göstərilən diqqətin göstəricisidir.








XƏBƏR ARXİVİ

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi