Heydər Əliyev adına Hərbi İnstitutda voleybol yarışı keçirilib
Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda kursantlar arasında voleybol yarışı keçirilib.
Yarışın keçirilməsində məqsəd kursantların fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi, idmana marağının artırılması və komanda ruhunun möhkəmləndirilməsidir.
Yekun nəticələrə əsasən, qalib komanda müəyyən edilib. Qalib komandanın üzvlərinə medallar və fəxri fərmanlar təqdim olunub.















