AZ | EN


Hərbi qulluqçumuz İtaliyada NATO kursunu müvəffəqiyyətlə başa vurub

Image

İtaliyanın Roma şəhərində yerləşən NATO Müdafiə Kollecində 36-cı NATO Regional Əməkdaşlıq Kursunun (NRCC-36) buraxılış mərasimi keçirilib.

Azərbaycan Ordusunu təmsil edən ədliyyə polkovnik-leytenantı Emil Qasımov strateji səviyyəli tədris proqramını müvəffəqiyyətlə başa vuraraq diplomla təltif olunub.

Kurs müddətində peşəkarlıq və akademik fəallıq nümayiş etdirən zabitimiz strateji düşünmə, tənqidi təhlil və kollektiv qərarvermə bacarıqları ilə fərqlənib. O, müzakirələr və tapşırıqların icrasında xüsusi təşəbbüsləri ilə ölkəmizi təmsil edib.

Kollec rəhbərliyinin yekun rəyində çoxmillətli mühitdə səmərəli əməkdaşlığı və akademik müzakirələrə töhfələri vurğulanan ədliyyə polkovnik-leytenantı E.Qasımovun "NATO ilə Qafqaz regionu arasında təhlükəsizlik tərəfdaşlığı" mövzusunda hazırladığı elmi iş yüksək qiymətləndirilib.








XƏBƏR ARXİVİ

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi