MMU-nun tabeliyindəki təhsil müəssisələrində Milli Dirçəliş Gününə həsr olunmuş tədbirlər keçirilib
17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə Milli Müdafiə Universitetinin (MMU) tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.
Tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Çıxışlarda Milli Dirçəliş Gününün tarixi əhəmiyyəti, milli azadlıq mübarizəsindəki rolu və dövlətçilik ənənələrimizin möhkəmləndirilməsindən bəhs olunub.
Tədbirlər çərçivəsində videoçarxlar nümayiş etdirilib, musiqi nömrələri təqdim olunub. Bununla yanaşı, kursantlar tarixi-mədəniyyət abidələrini və muzeyləri ziyarət edərək xalqımızın zəngin keçmişini, milli-mənəvi dəyərlərini və çoxəsrlik dövlətçilik ənənələrini daha yaxından öyrəniblər.

















